QALİBLƏR

qendab

Qəndab Həsənova

2022-2023

Qaliblərimizdən biri olan Qəndab Həsənova 2017-ci ildə 626 balla Bakı Mühəndislik Universitetinin İnformasiya Texnogiyaları ixtisasına qəbul olub və 2022-ci ildə 96.55 ÜOMG ilə ixtisasın Sabah qrupları üzrə fəxri məzunu seçilib. Universitet illəri ərzində fərqli “bootcamp”lara və təlimlərə qoşularaq öz inkişafı üzərində daim çalışıb və İT sahəsində öyrəndiklərini mentor olaraq bu sahəyə yeni başlayanlar ilə paylaşaraq onların inkişafında öz rolunun olmasına səy göstərir. Hazırda magistr təhsilini Estoniyanın Tartu Universitetində “Kompüter Elmləri” ixtisası üzrə davam etdirir.

ilahe

İlahə Yusifli

2022-2023

Qaliblərimizdən İlahə Yusifli 2018-ci ildə Bakı Dövlət Universitetində “Korreksiyaedici təlim” ixtisasına daxil olub və 2021-ci ildə təhsilini 91+ ÜOMG ilə bitirib. Bakalavr təhsilinin başlanğıcında Amerikanın “Georgetown” universitetinin “Uşaq sağlamlığı, təhsili və sosial inkişafı” beynəlxalq proqramına qəbul almış və uğurla məzun olmuşdur. Eyni zamanda, ixtisasi ilə bağlı olaraq inkluziv bir bağçada uzun müddət könüllü fəaliyyət göstərmişdir. Bakalavrın son 2 ili boyunca isə ixtisas sahəsində, fərqli uşaq inkişaf mərkəzlərində işləyib və həmin illər boyunca paralel olaraq dünyaca məşhur “Wisc-R IQ”, “Obyektiv-proyektiv” və s. beynəlxalq testlərin təlimini almış, müntəzəm olaraq ixtisas sahəsində elmi konfranslarda iştirak etmişdir. Hal-hazırda isə təhsilini Macarıstanın “Szeged” Universitetində “Təhsil Elmləri” üzrə davam etdirir.

adil

Adil Abdurrazaklı

2021-2022

MISP-in ilk qaliblərindən biri olan Adil Abdurrazaklı 2016-cı ildə 681 balla Bakı Mühəndislik Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olmuş, 2021-ci ildə 98 ÜOMG ilə həmin ixtisasın ingilis bölməsindən ixtisas birincisi olaraq məzun olmuşdur.  Universitetdəki İKT elmi-təqdiqat mərkəzində mentor/təlimçi kimi fəaliyyət göstərərək bir sıra “boostcamp”ların təşkilində iştirak etmiş, İT sahəsindəki biliklərini universitetə yeni qoşulan tələbələrlə bölüşərək onların bu sahədəki imkanlarla daha tez tanış olmasına yardımçı olmuşdur. Adil 2021-ci ildə Tartu Universitetinin “Proqram Təminatı Mühəndisliyi” üzrə magistr proqramında təhsil almaq hüququ qazanmışdır.

muhemmed

Muhəmməd Səmədzadə

2021-2022

“MISP”nin ilk qaliblərindən olan Muhəmməd Səmədzadə 2017-ci ildə Fransız-Azərbaycan universitetində (UFAZ) “Kompüter elmləri” üzrə bakalavr dərəcəsinə daxil olmuş və təhsilini 2021-ci ildə 97.7 ÜOMG ilə bitirmişdir.  Bakalavr təhsili müddətində ilk əvvəl “İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi və Təlim Mərkəzi”, “İnnovasiya Agentliyi” və “Elektron hökumətin inkişafı mərkəzi” kimi qurumlarda təcrübə proqramlarında iştirak etmiş, daha sonra isə “Kiber Təhlükəsizlik” kurslarına seçilmiş 20 tələbə arasında yer almışdır. Muhəmməd 2021-ci ildə Macarıstanın ən yaxşı universitetlərindən biri olan Eötvöş Lorand universitetində “Kompüter elmləri” üzrə magistr proqramına qəbul olmuşdur.