HAQQIMIZDA

Məhəmmədəli İbrahimli Təqaüd Proqramı dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək məqsədilə yaradılmışdır və şəhid Məhəmmədəli İbrahimlinin Azərbaycan və azərbaycanlıların inkişafı, təhsil və parlaq gələcəyə sahib olması kimi ideya və məqsədlərinə uyğun olub həm onun xatirəsini yaşatmaq, həm də bu məqsədlərə, az da olsa, töhfə verməyi hədəfləyir.

Təqaüd proqramı dünyanın istənilən bölgəsində yaşayan və magistr təhsil pilləsi üçün Vişeqrad (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və ya Baltikyanı (Estoniya, Latviya, Litva) ölkələrin birində yerləşən universitetlərdən qəbul təklifi almış və yaxud həmin səviyyə üzrə təhsilini davam etdirən azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuşdur.

Təqaüd proqramının əsas məqsədi yuxarıda adı çəkilən ölkələrdə magistr təhsili alacaq tələbələrin yaşam xərclərinin qarşılanmasına qismən yardım etməkdir.

Təqaüd Proqramının büdcəsi şəxsi ianələr hesabına formalaşır.