Şəhid Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş bu proqram azərbaycanlı tələbələrin magistr səviyyəsində təhsilini dəstəkləyir. Məqsədimiz tələbələrin yaşayış xərclərinə qismən yardım etmək və onların parlaq gələcək yolunu açmaqdır.
Proqram Vişeqrad ölkələri (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) magistr təhsili alan və ya qəbul təklifi almış azərbaycanlılara yönəlib.
Təqaüd proqramının büdcəsi sizin ianələrinizlə formalaşır. Hər kiçik dəstək böyük fərq yaradır. Gənclərin xəyallarını gerçəkləşdirmək və Məhəmmədəlinin ideyalarını yaşatmaq üçün indi ianə edin.
Ölkəmizin gələcəyinin inşasında bir addım atın. İanə edin və dəstək olun!