MÜRACİƏT

Proqram haqqında

“Məhəmmədəli İbrahimli Təqaüd Proqramı” dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək məqsədilə yaradılmışdır.
Təqaüd Məhəmmədəli İbrahimlinin Azərbaycan və azərbaycanlıların inkişaf, təhsil və parlaq gələcəyə sahib olması ideya və məqsədlərinə uyğun olub həm onun xatirəsini yaşatmaq, həm də bu məqsədlərə az da olsa töhvə verməyi hədəfləyir.

Şərtləri

Müraciətçi:

  • Azərbaycanlı olmalı (vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq dünya azərbaycanlıları nəzərdə tutulur);
  • Vişeqrad (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və ya Baltikyanı (Estoniya, Latviya, Litva) ölkələrdən birində yerləşən universitetlərdən magistr səviyyəsi üzrə qəbul təklifi almış və yaxud orada təhsilini davam etdirmiş statusda olmalı (yəni, magistr təhsilinin ilk ilini bitirənlər və ikinci il üçün təqaüdə müraciət edənlər də dəyərləndiriləcəkdir);
  • Təhsil alacağı sahədə yüksək akademik göstəricilərə sahib olmalıdır.

Təqaüd mükafatçılarının müəyyən olunması prosesi iki mərhələdən ibarətdir.

1-ci mərhələdə: Müraciətçilər keçiddən istifadə edərək müraciət formunu dolduraraq özləri haqqında lazımi məlumatları daxil etməli və sənədləri yükləməlidirlər. Müraciət üçün son tarix 4 avqust Mərkəzi Avropa saatı ilə 23:59 olaraq təyin edilmişdir.

Doldurulmalı olan ərizə formasını buradan yükləyə bilərsiniz (doldurulmuş ərizə forması yuxarıdakı müraciət formunda müvafiq hissəyə yüklənməlidir):

2-ci mərhələdə: İlk mərhələdəki dəyərləndirmələrin nəticəsində uğurlu olan müraciətçilər Zoom müsahibəsinə dəvət olunacaqlar. Müsahibələrə dəvətlər 6 avqust tarixində göndəriləcəkdir. 8 – 13 avqust tarixləri arasında keçirilməsi planlaşdırılan müsahibələr Azərbaycan dilində aparılacaqdır. Müsahibələrin nəticələri 17 avqust tarixinədək müəyyən olunacaqdır. Əlavə olaraq, seçilən təqaüdçülər fikrini dəyişdiyi və yaxud digər hallarda təqaüddən imtina etdiyi hallarda, müsahibələr nəticəsində yaradılmış gözləmə siyahısındakı müraciətçilər sırasından yeni mükafatçı müəyyən olunacaqdır.

Öhdəliklər?

Mükafatçılardan təqaüd müddətini bitirdikdən sonra Məhəmmədəli İbrahimlinin ailəsinə minnətdarlıq və təşəkkür məktubu yazılması xahiş olunacaqdır.

Mükafat

2023-2024 təhsil ili müddətində seçilən iki mükafatçı sentyabr-may ayları ərzində hər ay 200 avro miqdarında təqaüd alacaqdır. Hal-hazırkı mərhələdə yalnız iki nəfərin mükafatlandırılması nəzərdə tutulsa da, gələn ianələrin miqdarından asılı olaraq mükafatçı sayının və yaxud mükafat miqdarının artırılması istisna edilmir.

Qeyd: Qalib tələbələrə təqaüdlər təhsil alacaqları ölkələrə çatdıqdan sonra veriləcəkdir. .